Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın sabiq prezidenti, parlamentin yuxarı palatasının hazırkı sədri Qurbanqulu Berdiməhəmmədovu IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Ordenin Rusiya Federasiyası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə verildiyi bildirilir.