“Putin Berlində deyil, Haaqada məhkum edilə bilər”

“Putin Berlində deyil, Haaqada məhkum edilə bilər”

“Energetika infrastrukturunun məhv edilməsi insanlığa qarşı cinayət kimi dəyərləndirilə bilər…”

 

“Almaniya qanunlarına görə Putinlə bağlı ölkə məhkəməsi tədqiqat başlaya bilməz…”

 

Vladimir Putin Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin tədqiqat obyekti ola bilər.

 

Moderator.az xəbər verir ki, bu fikri Almaniyanın ədliyyə naziri Marko Buşman səsləndirib. Məlumatı “Foks” nəşri yayıb.

 

O, hesab edir ki, Rusiya prezidenti insanlığa qarşı cinayətlərinə görə məhkum edilməlidir. “Bu hipotetik mulahizələr deyil”, – nazir qeyd edib. 

 

Buşman izah edib ki, energetika infrastrukturunun məhv edilməsi insanlığa qarşı cinayət kimi dəyərləndirilə bilər.

 

Çünki bu, ona gətirib çıxarır ki, havanın hərarəti mənfi 30 dərəcə olduğu halda əhali istiliksiz və elektriksiz qalır.

 

Putin isə Rusiya televiziya çıxışlarında etiraf edib ki, belə zərbələr məqsədyönlü taktikadır. 

 

Beləliklə, Rusiya prezidenti və Silahl Qüvvələrin Baş Komandanı bu cinayətlərə görə məsuliyyəti öz üzərinə götürüb.

 

Buşman həmçinin qeyd edib ki, Almaniyanın Ali Məhkəməsinin baş prokuroru Putinlə əlaqədar tədqiqat başlaya bilməz.

 

Çünki Putin dövlət başçısıdır və alman qanunlarına görə immunitetə malikdir.

Mənbə

Share: