Putin İbrahim Rəisi ilə danışıqlar apardı

Putin İbrahim Rəisi ilə danışıqlar apardı

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Liderlər Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini müsbət qiymətləndirib.

 

Telefon danışığı zamanı birgə infrastruktur layihələrinin həyata keçirilməsi də daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Mənbə

Share: