“Putin istənilən “qırmızı xətləri” keçməyə, istənilən qaydaları pozmağa hazırdır, amma…”

 

“Ukrayna şəhərləri zülmətə qərq olub. İşıq, istilik, su yoxdur. Küçələr işıqlandırılmır. Amma ən çətin məqamlarda olduğu kimi, başımızın üstündə ulduzlu səma taybatay açılıb…”

“Putin Ukrayna xalqının mövcudluğuna inanmaya bilər, amma bu xalq mövcuddur…”

“Putin Ukrayna ordusunun imkanlarına inanmaya bilər, amma bu ordu onun əsgərlərini işğal etdiyi ərazilərdən qovub çıxarır…”

“Putin Ukraynanı zülmətə qərq etməklə, dinc əhalidən qisas almaqla özünün acizliyini və məğlubiyyətini nümayiş etdirir…”

“Putin istənilən “qırmızı xətləri” keçməyə, istənilən qaydaları pozmağa hazırdır, amma bunlar qəzəb və ikrah doğuraraq, bu gün ulduzlu səma altında olanların müqavimət iradəsini yalnız gücləndirir…”

“Bu mətni qaranlıq şəhərdə, Rusiyanın yeni raket zərbələrindən sonra yazmışam. Ukraynanın bir çox başqa şəhərləritək Lvov şəhəri zülmətə qərq olub. İşıq, istilik, su yoxdur. Küçələr işıqlandırılmır, yalnız maşınların faraları və yoldan ötənlərin fənərləri işıq xülyası yaradır. Lakin,

ən çətin məqamlarda olduğu kimi, Lvov üzərində, adətən, küçə işıqlanması zamanı görünməz olan ulduzlu səma taybatay açılıb”.

Milletinsesi.az xəbər verir ki, bu barədə sovet və ukraynalı jurnalist, yazıçı, publisist, teleaparıcı, “Azadlıq Radiosu”nun icmalçısı Vitali Portnikov yazıb.

Bunu Vladimir Putin söndürə bilməyəcək. Bu, istənilən ambisiyaların, hətta raket zərbələri ilə belə, tarixin qanunlarına qalib gələ bilməyəcəyini bir daha xatırladır.

Putin Ukrayna xalqının mövcudluğuna inanmaya bilər, amma bu xalq mövcuddur. Putin Ukrayna ordusunun imkanlarına inanmaya bilər, amma bu ordu onun əsgərlərini işğal etdiyi ərazilərindən qovub çıxarır. Putin Ukraynanı zülmətə qərq edə bilər, amma ulduzlar hava həyəcanından sonra elektrik stansiyalarının təmirinə və işığı geri döndərməyə tələsən hər kəsin yolunu onsuz da işıqlandırır.

Ukrayna infrastrukturunun planlı surətdə atəşə tutulması artıq Putinin acizliyinin və məğlubiyyətinin sübutudur. Rusiya prezidenti döyüş meydanında qalib gələ bilməz. Onun qoşunları Rusiyaya “birləşdirilən” regionların ərazilərini tərk edir. Rusiyanın zərbələrindən bir neçə gündən sonra olmasa da, bir neçə aydan sonra Ukraynanın öz-özünə çökəcəyinə olan ümidlər özünü doğrultmur.

Və Putin nə edir? O, dinc insanlardan qisas alır. O, Ukraynanı qış səhrasına çevirmək, onun sakinlərinin-uşaqların, qadınların, qocaların, onun “nasizmdən xilas etmək” niyyətində olanların hamısının bombardman edilən şəhərlərdən xilas olmaq üçün qaçmağa məcbur etmək istəyir.

Putinə görə bu, təxminən gürzlə başa vurmaq kimi nümunəvi cəzadır: hər kəs bilməlidir ki, Rusiyanın dünya mənzərəsi ilə razılaşmamaq normal həyat şəraitinin məhv edilməsinə gətirib çıxarır. Moskva ukraynalıların “cəzalandırılmasının” başqalarını da qorxudacağına bel bağlaya bilər. İş birləşdirmək istədiyi hər hansı keçmiş sovet respublikasına gedib çatanda onun əhalisi təslim olmaqla bombardmanlar arasında seçim qarşısında qalacaq. Necə bilirsiniz, Ukraynada olduğu kimi istəyirsiniz?

Məncə, bu, yalnız qəzəb və ikrah doğurur. Hətta Purinin müttəfiqləri də ondan kənar dayanır. Bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Mərkəzi Asiyanın liderləri Moskva qonağından sözün həqiqi mənasında ÇXR sədrinin kürəyi arxasında gizlənməyə çalışırdılar. Hələ bu yaxınlaradək Çinin təsirinin güclənməsi Mərkəzi Asiya liderlərində, elə bu ölkələrin cəmiyyətlərində də qorxu törədə bilərdi. Amma indi qorxmağa zaman yoxdur: Si Tszinpin heç kimi bombalamır. Hər halda hələ ki, belədir. Hər yerdə də belədir. “Böyük iyirmilik” sammitinin ilk günü Ukraynaya güclü və kütləvi raket zərbələri Kremlin hansı “danışıqlara”can atdığını bir daha xatırladıb.

Putin əvvəlkitək Ukraynanın Qərbin qeyd-şərtsiz təslim olmasını istəyir. Və əgər sivil dünyada kimsə düşünüb ki, müharibə çox uzanır və bu məsələnin, ola bilsin ki, Ukraynanın maraqları və beynəlxalq hüquq üçün o qədər də xoş olmayan güzəştləri axtarıb tapmaqla həll etmək lazımdır, belə siyasətçi bu gün nə barədə düşünə bilər? Bu gün, bütöv bir ölkənin zülmətə qərq olduğu zaman, bu siyasətçiyə və onun həmkarlarına Putinin nəyə qadir olduğunu göstərmək üçün?

Mən şübhə etmirəm ki, Vladimir Putin ona görə çox şeyə qadirdir ki, istənilən “qırmızı xətləri” keçməyə, həm savaşda, həm siyasətdə istənilən qaydaları pozmağa hazırdır. Lakin istənilən qaydalara nümayişkaranə nifrət və laqeydlik bu payız axşamı ulduzlu səma altında olanların hər birinin müqavimət iradəsini yalnız gücləndirir”.

Mənbə

Share: