
“O, Putini demilitarizasiya və denasifikasiya, Zelenskini isə NATO-ya daxil olmaq ideyasından imtina etməyə inandıra bilib…”
“Bu, yəhudi dövlət başçısının bir çox illər ərzində ən hiddət doğuran davranışı olub…”
İsrailin sabiq baş naziri Naftali Bennet Rusiya prezidenti Vladimir Putindən Ukrayna prezidenti Vladimir Zelenskini öldürməyəcəyi vədinə nail olub.
Moderator.az xəbər verir ki, bu barədə o, İTV-nin “İstirahət günlərinin xəbərləri” proqramının efirində danışıb.
Bennet bu müsahibəni hökumət başçısı postunu tərk etdikdən və
siyasətdən getdikdən
düz altı ay sonra verib.
Bennet o cümlədən 2022-ci ilin martında Moskvaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə görüşündən danışıb. O zaman Kiyevin süqutuna böyük ehtimal olub.
Bennetin sözlərinə görə, o, Rusiya dövlət başçısından Zelenskini fiziki cəhətdən məhv etmək niyyətində olub-olmadığını soruşub.
“Yox, mən Zelenskini öldürməyəcəyəm”, – Bennet Putinin sözlərindən iqtibas gətirib.
Bennet deyib ki, o, həmsöhbətindən Rusiyanın Ukrayna liderini fiziki cəhətdən aradan götürməyə cəhd etməyəcəyini vəd etməsini xahiş edib və buna əmin edilib.
Kremldən çıxandan sonra maşında Zelenskiyə zəng edərək Putinin sözlərini çatdırıb. “Siz buna əminsiniz?” – Ukrayna prezidenti İsrailin baş nazirindən soruşub. “O, 100 faiz Sizi öldürməyəcək”, – Bennet cavab verib.
Bennet qeyd edib ki, bundan iki saat sonra Zelenski videoçarx dərc edərək özünün fiziki cəhətdən aradan götürüləcəyi təhlükəsindən qorxmadığını bəyan edib.
Bennetin sözlərinə görə, o, Putini demilitarizasiya və denasifikasiya, Zelenskini isə NATO-ya daxil olmaq ideyasından imtina etməsinə inandıra bilib.
Qeyd edək ki, bir neçə gün öncə Amerikanın CNN televiziya kanalına müsahibəsində İsrail hökumətinin başçısı Binyamin Netanyahu bəyan edib ki, Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsindən dərhal sonra ondan döyüşən tərəflər arasında vasitəçi olmaq xahiş edilib.
Netanyahunun sözlərinə görə, o, bundan imtina edib, çünki o zaman İsrailin baş naziri vəzifələrini Naftali Bennetin icra etdiyini nəzərə alaraq təklifi qeyri-korrekt adlandırıb.
2022-ci ilin avqust ayında tanınmış politoloq Mixail Şeytelman Bennetlə Putinin təmaslarını neqativ qiymətləndirib:
“Bennet Kreml lideri üçün qorxaq dovşana bənzəyib. Bennet Putinin iradəsini icra edib. Bennet həmçinin Rusiya prezidentini açıq şəkildə pisləməkdən imtina edib. Bennet həmçinin danışıb ki, guya, Putin Lavrovun antisemit sözlərinə görə İsraildən üzr istəyib. Putin belə sözlər deməyib. Peskov bunu təkzib edib.
Bennet mahiyyət etibarilə Putini və Lavrovu antisemit çirkabından çıxarıb. Zənnimcə, bu, yəhudi dövlətinin dəyərlərinə qarşı cinayətdir. Bu, antisemitlərin tərəfinə keçməkdir. Bu, zənnimcə, yəhudi dövlət başçısının bir çox illər ərzində ən hiddət doğuran davranışıdır. Bennet Putin tərəfindən dost kimi, Lapid isə 24 fevraldan başlayaraq ardıcıl olaraq sivil dünyanın mövqeyini sərgilədiyinə görə düşmən kimi qəbul edilir”.
Tanınmış politoloq Mark Feyqin Bennet və Lapidin vasitəçilik imkanlarını o qədər də yüksək qiymətləndirməyib və Binyamin Netanyahunun Moskva və Kiyev arasında vasitəçi rolunda çıxış edə biləcəyi vəziyyəti açıqlayıb.