Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronun Ermənistan-Azərbaycan münaqişəsilə bağlı açıqlamalarını və Rusiyanın bu məsələdən sui-istifadə etməsi barədə ittihamına tənqid edib.
Modern.az xəbər verir ki, o, bu barədə oktyabrın 14-də Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında danışıb.
Putin deyib ki, Makronun bəyanatları yanlış və qəbuledilməzdir:
“Rusiya həmişə konfliktlərin həllinə, o cümlədən Qarabağ məsələsinin nizamlanmasına səmiyyətlə yanaşıb”.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron dünən verdiyi bəyanatda Rusiyanı Ermənistan-Azərbaycan münaqişəsini gərginləşdirməkdə ittiham etmişdi.