
Rusiya prezidenti Vladimir Putin “SpaceX” şirkətinin sahibi İlon Maskı tərifləyib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, Şərq İqtisadi Forumunda çıxışında danışıb.
Putin Maskı görkəmli insan, aktiv və istedadlı iş adamı adlandırıb.
“Mask kosmos sektorunda, o cümlədən Amerika hökumətinin dəstəyi ilə çox şey edir”, – Rusiya prezidenti vurğulayıb.
