Putin “Mercedes”lə Krım körpüsündən keçdi

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünə şəxsən baxış keçirib.

 

Modern.az xəbər verir ki, Putin Rusiya Baş nazirinin müavini Marat Xusnullinin məruzəsini dinləyib və “Mercedes” markalı avtomobillə körpüdən keçib.

 

Xusnullin bildirib ki, 6-7 ay ərzində körpünün dəmir yolu hissəsində ikinci yolun bərpası nəzərdə tutulur.

 

Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb. Bu ilin oktyabrın 8-də Krım körpüsündə partlayış baş verib. 

 

Akif İsmayılov

Mənbə

Share: