Putin müharibənin müddətindən danışdı

Putin müharibənin müddətindən danışdı

Kreml rəhbəri Vladimir Putin Rusiyanın Ukraynada apardığı müharibənin müddəti haqqında danışıb. Putin qeyd edib ki, uzun proses müharibə deyil, Ukraynadakı vəziyyətin nizamlanmasıdır.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Putin müharibənin uzanmasından narahat olmadığını göstərməyə çalışıb:
 

“Heç bir problem yoxdur. Rusiya Federasiyasının Müdafiə Nazirliyi özünü şəffaf aparır – hesabatlarda hər şey öz əksini tapıb. Bütövlükdə nizamlanma prosesinə gəlincə, bəli: bu, yəqin ki, asan olmayacaq, müəyyən vaxt aparacaq”.

 

Bundan əvvəl Putin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının nəticələrinin görünməsini uzun proses adlandırmışdı. “Əlbəttə, bu uzun proses ola bilər”, – deyə dövlət başçısı bildirmişdi.
 

Mənbə

Share: