Rusiya Prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.
“Milletinsesi.az” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.
“Müqəddəs Ramazan ayının sonuncu günü kimi qeyd edilən bu bayram xüsusi mənəvi məna daşıyır, mənəvi təmizlənmənin, özünü inkişaf etdirməyin yeni əvəzolunmaz təcrübəsini əldə etməyin sevincini kəsb edir. Əsrlər boyu bu bayramı yalnız səmimi dualarla deyil, köməyə və qayğıya ehtiyacı olanlara diqqət göstərməklə qeyd etmək adət halını alıb”, – deyə təbrikdə qeyd edilir.
Putin qeyd edib ki, islam dininin rusiyalı ardıcılları ata və babalarının tarixi, mədəni, dini adət-ənənələrinə dərin hörmətlə yanaşır, eyni zamanda gənc nəsil həmin dəyərləri yaşadır. Onun sözlərinə görə, Rusiyanın müsəlman icması ölkə həyatında fəal iştirak edir, beynəlxalq sülhün və cəmiyyətdə vətəndaş harmoniyasının qorunmasına, ailə institutunun möhkəmlənməsinə, gənclərin maariflənməsinə əvəzsiz töhfələr verir.