
Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin beynəlxalq arenada ölkənin mövqeyini müdafiə etməsindən narazıdır. Maraqlıdır ki, hətta İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri XİN rəsmilərindən biri deyil, Putinin köməkçisi Medinski idi.
Milletinsesi.az xəbər verir ki, bu barədə “İnsayder” Teleqram kanalı mənbələrə istinadla məlumat yayıb.
“Bu, nazirlik üçün bir diaqnozdur. İndi Xarici İşlər Nazirliyinin şöbə müdirləri və rəis müavinləri vəzifələrinə gənc və iddialı kadrlar arasından namizədlər seçilir. Üstəlik, nazir Sergey Lavrovun gənclərə yol verərək, tez bir zamanda təqaüdə çıxması zərurəti ilə bağlı söhbətlər artıb. Məsələn, Rusiya Birbaşa İnvestisiya Fondundan Kirill Dmitriyev. Beləliklə, 2026-cı ildə biz ciddi dəyişikliklər gözləyə bilərik”, – kanal bildirib.