Putin nazirlərlə qaranlıqda müşavirə keçirdi…-VİDEO

Putinin nazirləri diktatorla görüşdə qaranlıqda oturublar….

 

Rusiya paytaxtında biznes mərkəzinin qüllələrində elektrik enerjisi qəfil yox olub. Buna görə də diktator Putinlə görüşdə iki rusiyalı nazir işıqsız oturub.

 

Moderator.az  “TSN”-ə istinadla xəbər verir ki, bu barədə rus təbliğatçıları yazır, Putinin Rusiya rəsmiləri ilə görüşünün foto və videolarını dərc edirlər. İnformasiyanı “İzvestiya”, “Arqumentı i faktı”, “Qazeta.ru” və s. kimi Moskva nəşrləri də təsdiqləyir.

Moskvada elektrik enerjisi İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Ticarət Nazirliyi və Rabitə Nazirliyinin də yerləşdiyi “IQ” kvartalında gözlənilmədən yoxa çıxıb.

 

Putinin nazirlərlə görüşünün kadrlarına nəzər saldıqda görmək olar ki, İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikovun və Sənaye və Ticarət naziri Denis Manturovun kabinetində elektrik enerjisi yoxdur.

 

Görüş zamanı Putinin əsəbiləşdiyi aydın görünür. O, ümid etdiyini bildirib ki, elektrik enerjisinin olmaması Reşetnikovun Rusiya Federasiyasına investisiyalar barədə ona hesabat verməsinə mane olmayacaq. Sonradan Moskvada elektrik enerjisinin verilməsi bərpa olunub…

Xəbərdə daha sonra deyilir:

“Moskvada  çoxfunksiyalı “Q-kvartal” kompleksinin üç qülləsi işıqsız qalıb, insanlar oradan təxliyə edilib. Evlərdə həyəcan siqnalları işə düşüb. 5 lift işləməyib, 4 nəfər liftlərdə qalıb. Onlar tibbi yardım istəyiblər. Xüsusilə, Rusiya İqtisadi İnkişaf Nazirliyinin binasında insanlar 24-25-ci mərtəbələr arasında liftdə ilişib qalıblar”.

“Rusiyalı terrorçular oktyabrın 10-dan müntəzəm olaraq Ukraynanın enerji infrastrukturunu atəşə tutur. Ona görə də ölkəmizdə elektrik enerjisi ilə bağlı problemlər yaranır, energetiklər qəzanı təcili aradan qaldırarkən ukraynalılar qaranlıqda oturmağa məcbur olurlar” -deyə Ukrayna nəşri xatırladır.

 

Mənbə

Share: