
“Patriot” sistemi köhnəlib, buna qarşı çarə tapılacaq və Rusiya onu məhv edəcək…”
“Ukrayna “Patriot”ları “Shahed”lərə qarşı istifadə etməz, bu, çox baha başa gələr; bir ədəd İran dronu 20 min, bir ədəd “Patriot” 4 milyon dollaradır…”
“Pariot” batareyasının məhv edilməsi Putin üçün çox böyük siyasi əhəmiyyət kəsb edərdi…”
Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatların Ukraynaya tədarükünü vəd edən “Patriot” zenit-raket komplekslərinin məhvində şəxsən maraqlıdır. Qərbin Ukraynaya tədarük etməyə razı olan yeganə qabaqcıl sisteminə zərbə endirilməsi Putin üçün inqilabi siyasi dönüş ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın “Forbes” jurnalı yazıb.
“Patriot” HHM sistemi köhnəlib. Həmişə buna çarə tapmaq olar…Rusiya “Patriot” sistemini məhv edəcək”, – bunu Putin deyib. Kreml rəhbəri bu barədə Vladimir Zelenskinin Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən “Patriot” vəd edilən ABŞ-a səfərinin ertəsi günü bəyan edib.
“Bu bəyanat o zaman səsləndirilib ki, Rusiya Ukrayna şəhərlərini İranın öz hədəflərinə çırpılan və partlayan “Shahed-136” dronlarından istifadə etməklə bombardmanlara məruz qoymaqda davam edir. Çox az ehtimal olunur ki, Ukrayna “Patriot”ları “Shahed”lərə qarşı istifadə etsin. Çünki “Patriot” raketlərinin “Shahed”lərə zərbə endirməsi çox baha başa gələr: “Shahed”in bir ədədi 20 min dollar, bir “Patriot” 4 milyon dollar dəyərindədir”, – “Forbes” yazıb.
Digər tərəfdən, “Patriot” Ukrayna üçün İranın Rusiyaya tədarük etməyə hazırlaşdığı qısa mənzilli ballistik raketlərin (Shot-range ballistic missle, SRBM) ələ keçirilməsi baxımından əvəzsiz ola bilər. Nəşr qeyd edir ki, İran raketlərini vurmaq daha çətindir, lakin Rusiya SRBM əldə edəndə Ukraynanın “Patriot”u istifadəyə tam hazır olacaq.
“Lakin “Patriot” batareyasının məhv edilməsi Putin üçün döyüş meydanında strateji əhəmiyyətdən daha çox böyük siyasi əhəmiyyət kəsb edərdi”, – nəşr yazır.
Sübut kimi Amerika nəşri 2019-cu il sentyabrın 19-da İran istehsalı olan pilotsuz uçuş aparatlarının yüksək dəqiqliklə Səudiyyə Ərəbistanının Abkayk və Xraisdə yerləşən neft emalı müəssisələrinə zərbə endirdiyini misal gətirib.
“Putin dərhal ABŞ-ın Səudiyyə Ərəbistanına tədarük etdiyi HHM vasitələrini ələ salmaq üçün istifadə edib və Ər-Riyada İran və Türkiyənin yolu ilə gedərək Rusiyanın “C-300” və ya “C-400” sistemlərini almağa çağırış edib, – “Forbes” yazır və əlavə edir ki, Putin bu sistemlərlə uzun müddət qürrələnə bilməyib, çünki 2020-ci il Rusiya HHM üçün uğursuz olub.
“O zaman Liviyada Türkiyə istehalı olan pilotsuz uçuş aparatları Rusiyanın orta mənzilli “Pantsir-C1” komplekslərini məhv edərək, bu ölkədə Moskva tərəfindən dəstəklənən qruplaşmaya qarşı vətəndaş müharibəsinin gedişini əsaslı surətdə dəyişməyə kömək edib. Bir neçə aydan sonra İsrail istehsalı olan döyüş sursatları Azərbaycana ikinci Qarabağ savaşında ermənilərin bir neçə “C-300” sistemlərini məhv etməyə imkan verib, – nəşr yazıb.
Nəşrin fikrincə, ona görə də Putin üçün Amerikanın HHM sistemlərini məhv etmək çox vacibdir.
“Putinin havadarı Tehran, böyük ehtimalla, Ukraynanın “Patriot”una belə hücumu alqışlayardı, çünki bu, İran texnologiyasının ABŞ-da istehsal edilən ən qabaqcıl HHM sistemini neytrallaşdıra biləyəcəyini əyani şəkildə nümayiş edəcəkdi. Əgər İran hərbçiləri Rusiyaya belə hücumun planlaşdırılıb həyata keçirməsində hətta kömək edəcəksə, buna təəccüb etməyə dəyməz”, – “Forbes” yazır.
“Əgər Ukraynanın “Partriot”u Kiyevdə quraşdırılarsa, böyük ehtimalla, Rusiya güclü hücumlarda misli görünməyən sayda “Shahed”lər buraxa bilər. Bununla da Moskva anladacaq ki, ABŞ və müttəfiqlərinin Ukrayna HHM-lərinin yaradılması və gücləndirilməsinə rəğmən, onun hücumları dayanmayacaq”, – nəşr yazıb.