“Putin Qərbə fəal surətdə barışığa hazır olduğu barədə mesaj göndərir”

“Putin Qərbə fəal surətdə barışığa hazır olduğu barədə mesaj göndərir”

“Putinin təklif etdiyi atəşkəs sazişi Ukraynanın paytaxtı Kiyev olmaqla suveren dövlət kimi qalmasını, Ukraynanın artıq zəbt etdiyi əraziləri nəzarətdə saxlamasını nəzərdə tutur…”

 

“Bu siqnallar güzəştə getmək əlaməti deyil, yeni hücuma hazırlıq məqsədilə yenidən silahlanmaq üçün zaman qazanmaq cəhdidir…”

 

Putinə Rusiyanın Donbasın xarabalıqları və Zaporojye və Xerson vilayətlərinin ucdantutma minalanmış çöllərinə nəzarət etdiyi cari vəziyyət sərf edir.

 

Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

 

Putin ictimaiyyət qarçısında özünü müharibəni sonsuzluğadək davam etmək görüntüsü yaradır. Lakin “mətbəx diplomatiyası” kanalları ilə o, imkan daxilində tez bir zamanda sülh sazişinin imzalanmasına hazır olduğu barədə Qərbə siqnallar göndərir, məqalədə deyilir.

 

Məlumatlı mənbələrə istinad edərək, nəşr yazır ki, Putin Ukraynanın hələ 2022-ci ilin sentyabrında uğurlu əkshücumundan öncə saziş imzalamağa hazır olduğu barədə siqnallar göndərib.

 

Bu siqnalların yeni dalğası bu ilin sentyabrında başlayıb. Kreml cari təmas xəttində atəşin dayandırılması və münaqişənin dondurulmasına hazırdır.

 

Bu siqnallar müxtəlif kanallarla, o cümlədən həm Birləşmiş Ştatlar, həm də Rusiya ilə əlaqələri olan xarici hökumətlər vasitəsilə daxil olur.

 

Rusiyanın qeyri-rəsmi emissarları həmsöhbətləri ilə Putinin qəbul edəcəyi potensial sövdələşmənin konturları barədə danışıb.

 

“Putin və Rusiya ordusu bundan sonra öz potensialını artırmaq istəmir”, – bunu bu ilin payızında Rusiyanın yüksək vəzifəli məmurları ilə görüşən xarici məmur deyib.

 

Bəzi analitiklər iddia edir ki, Putinə uzunmüddətli müharibə sərf edir, o, ABŞ-ın sabiq prezidenti Donald Trampın 2024-cü ildə yenidən Ağ evə mümkün dönüşünədək istənilən danışıqları təxirə salmaq istəyir.

 

Lakin sabiq rusiyalı məmur iddia edir ki, əslində Putin müharibəyə xas olan qeyri-müəyyənliyi nəzərə alaraq, daha erkən saziş imzalamağa üstünlük verir.

 

Mənbələr deyir ki, Rusiya təbliğatı rusiyalılara “heç-heçə”nin əslində “qələbə” olduğunu asanlıqla izah edir, diqqəti o cümlədən Krıma quru yolun əldə edilməsinə yönəldir.

 

Nəşrin həmsöhbətlərindən biri deyib ki, belə sövdələşmə üçün ideal zaman Rusiyada mart ayında prezident seçkilərinədək ola dövrdür.

 

Amerika məmurları da Kiyevin indiki hökumətinin dəyişilməsini artıq tələb etməyən Putinin mövqeyində dəyişiklikləri görür.

 

Onlar deyib ki, Putinin təklif etdiyi atəşin dayandırılması haqqında saziş Ukraynanın paytaxtı Kiyev olmaqla suveren ölkə kimi qalmasını, lakin Rusiyanın Ukraynanın artıq zəbt etdiyi təxminən 20 faiz ərazisinə nəzarəti saxlamasını təmin edəcək.

 

Belə sazişin bağlanması üçün ehtimal edilən bir çox maneələr arasında Putinin Ukraynanın NATO-ya daxil olmasına imkan verməmək qətiyyətidir.

 

Lakin Rusiyanın sabiq məmurlarından biri deyib ki, əslində bu məsələ maneə olmayacaq, çünki Alyans onsuz da Ukraynanı gələcəkdə öz sıralarına qəbul edəcək.

 

Buna baxmayaraq, Amerikanın yüksək vəzifəli məmurları hər-hansı tanınmış ukraynalı siyasətçinin Ukrayna ərazisinin bu qədər böyük hissəsinin Rusiyaya verilməsinə razı olacağına şübhəsini ifadə edib.

 

Bundan başqa, Qərbdə bir çoxları atəşkəs haqqında sazişə skeptik yanaşır, çünki bu, Putinə yalnız yeni hücuma hazırlaşmaq məqsədilə yenidən silahlanmaq üçün zaman verəcək.

 

“Rusiyalılar heç vaxt heç bir razılaşmalara riayət etməyib. Onlar imkan düşən kimi bu razılaşmaları pozub”, – bunu Latviya prezidenti Edqar Rinkeviç deyib və əlavə edib ki, Putin “imperiyanı bərpa etmək” arzusundadır.

 

Amerikanın bəzi rəsmi şəxsləri həmçinin deyir ki, Kremlin sövdələşmə barədə siqnalları yalnız aldatmaq cəhdi ola bilər və əslində güzəştlərə getmək əlaməti deyil. 

 

Rusiyanın sabiq məmurları əlavə edib ki, Putin Rusiya qoşunlarının cəbhədə üstünlüyü əldə edəcəyi təqdirdə öz fikrini tamamilə dəyişə və sövdələşmədən imtina edə bilər.

 

Ukraynada müharibə-perspektivlər

 

Xəbər verildiyi kimi, Ukrayna qoşunları artıq cəhbədə artilleriya döyüş sursatlarının çatışmazlığını hiss edir. 

 

Döyüşçülər “The Washington Post” nəşrinin müxbirinə deyib ki, mərmilər Rusiyanın hücumlarını dəf ermək üçün güclə yetərlidir, Ukraynanın əkshücumundan artıq söhbət getmir.

Döyüşçülər deyir ki, bu, uzun müddət davam edə bilməz.

 

Bu günlər 3-cü əlahiddə hücum bruqadasının aviasiya və HHM rəisi Vasili Samovar ukraynalılara çətin zamanlar barədə xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, əgər Rusiya səfərbərliyi və iqtisadiyyatın hərbi relsə keçirilməsini indiki tempdə davam edərsə, uğur qazanacaq. Ona görə də ukraynanılar total səfərbərliyə və ağır qışa hazırlaşmalıdır.

Mənbə

Share: