
Rusiya prezidenti Vladimir Putin Qərb ölkələri üçün çoxdan hədəf olub, lakin bu məqsədə çatmaq onlar üçün əlçatmazdır.
Modern.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Oleq Morozov Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona cavabında deyib.
Bolton deyib ki, Moskva Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə Rusiya dövlətinin başçısı “qanuni hədəfə” çevriləcək.
“Bolton danışır. Putin uzun müddətdir ki, hədəf olub. Lakin bu hədəf onlar üçün əlçatmazdır. Ona görə də “nüvə ritorikasına” əl atırlar ki, bunu da özlərinin bizə təzyiq alətinə çeviriblər”, – deputat qeyd edib.
Morozovun sözlərinə görə, Moskvanın kifayət qədər adi silahları var, lakin “Sarmat” kimi nüvə raketləri də var ki, onlar Rusiyanın rəqiblərin çətin vəziyyətə sala bilər.
Oktyabrın 7-də ABŞ prezidenti Co Bayden bildirib ki, “soyuq müharibə”dən sonra ilk dəfə olaraq “nüvə Armageddonu” dünyanı təhdid edir. Bayden vurğulayıb ki, o, Rusiya prezidenti Vladimir Putini yaxşı tanıyır və o, taktiki nüvə silahlarının potensial istifadəsi barədə danışarkən “zarafat etmir”.


