
“Federal kanallarda Putinin ünvanına birbaşa misli görünməyən tənqidlər səsləndirilir…”
“Rusiyanın informasiya məkanında Krım körpüsünün partladılması ilə bağlı həyəcan və məyusluq hökm sürür…”
“Putin sərt elektoratın tələb etdiyi bir şeyi edə bilməz-müharibəni uda bilməz…”
“Adi və nüvə silahı ilə eskalasiya Putinin problemlərini həll edə bilməz…”
Krım körpüsünün partladııması Rusiya Federasiyası rəhbərliyinə, şəxsən prezident Putinə vurulan daha bir zərbədir.
Moderator.az xəbər verir ki, bu barədə “Vesti-Ynet” nəşri yazıb.
Rusiyada Vladimir Putinin Ukraynada müharibəni qələbə ilə başa çatdırmaq qabiliyyətində olmasına şübhələr artır. Krım körpüsünün partladılması onun nüfuzuna ciddi zərbə olub.
Amerikanın müharibəni öyrənən İnstitututu (ISW) analitiklərinin fikrincə, bütün bunlar qeyri-populyar olan səfərbərliklə birgə “möhkəm görünən Putin rejimini” sarsıdır.
Oktyabrın 10-da açıqlanan analitik məlumatda ekspertlər hətta federal telekanallarda belə Putinin ünvanına birbaşa tənqidə diqqət çəkib. Belə tənqidin müharibəyönlü milliyətci birlik tərəfindən səslənsirilməsinə rəğmən, hər halda “misli görünməyən” tənqid təsiri bağışlayır.
Əgər əvvəllər uğursuzluqlar fərsiz generalların və müdafiə nazirliyi rəhbərliyinin üzərinə qoyulurdusa, indi tez-tez Putinin adı çəkilir. Bu isə Putinin həm də qətiyyətli qələbələrin olmaması (hərçənd, iki-üç günə Ukraynanı bitirmək istəyirdilər), səfərbərlik, getdikcə artan bahalıqdan narazı olan əsas elektoratı tərəfindən ona olan simpatiyanı sarsıda bilər.
Ekspertlər “müharibəyönlü fəallar”a, o cümlədən jurnalist və blogerlərə Kreml rəhbərliyini nə qədər müddətə tənqid etməyə icazə veriləcəyini deməyə çətinlik çəkir, lakin hətta belə “mülayimləşmə” “hər şeyin plan üzrə getdiyi” və “xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olunacağı” barədə bəyanatların qüsursuz olduğuna şübhələr yarada bilər.
Analitiklər qeyd edir ki, müharibə trayektoriyaları və Ukraynanın imkanlarının qavranılması həmçinin dəyişir və rusiyalılarda “kəskin şəkildə oyanış baş verir”.
“Rusiya mənbələri etiraf edib ki, cənubda Ukraynanın əkshücumu Rusiya qüvvələrinə Ukraynanın cənubunda xeyli təhlükə törədir”, – ISW hesab edir.
Rusiyanın informasiya məkanında Krım körpüsünün partladılması ilə bağlı həyəcan hissi və məyusluq hökm sürür. “Ukraynanı qəddarcasına cəzalandırmaq” çağırışları gerdikcə daha gur səslənir, amma bunun baş verəcəyinə əminlik yoxdur. Hətta Vladimir Solovyov da Lenini xatırlayaraq (“Müharibəni ya heç aparmayın, ya da əsl müharibə aparmaq lazımdır”), Krım körpüsünə təkrar zərbəni istisna etməyib.
Müharibə cəbhəsində Putindən müharibənin gedişində daha çox açıqlıq gözlənilir. İnsanların onların liderinin cəbhədəki iri uğursuzluqlar barədə susması, öz hərbi rəhbərlərinin məlumatlarını təhrif etməsi xoşlarına gəlmir, – ISW yazır.
Güman edilir ki, hərbyönümlü birliyin sevdiyi “qəddarlıq” sovet dövrünün sovet vətəndaşları və xüsusilə hərbi qulluqçularla sərt davranışının irsidir. O, tabeçilikdə olanlarda qorxu törədir, yalana rəvac verir, günahı başqalarının üzərinə qoyur.
Analitiklər bəyan edir ki, “Putin sərt əhval-rihiyyəli elektoratın tələb etdiyi bir şeyi edə bilməz-müharibəni uda bilməz”.
“Komanda heyətinin vəziyyəti təhrif etməsi hərbi müdaxilənin əvvəlindən müşahidə edilən sistemli problemləri həll etməyəcək. “Suç keçiləri” müvəqqəti olaraq Putinin diqqətini yayındıra bilər, lakin onun ən sadiq tərəfdarları arasında Putin rəhbərliyinin açıq tənqidi qarşıdakı tezliklə baş verəcək narazılığın qaranquşu hesab etmək olar”, – analitiklər belə hesab edir.
Bundan başqa, həm adi, həm də nüvə silahı ilə eskalasiya Putinin problemlərini həll edə bilməz. Əgər Rusiya qoşunları Ukraynanın yaşayış məntəqələrinə və ya kritik infrastrukturuna hücumları genişləndirərsə, yaxud əgər Putin Ukraynaya qarşı taktiki nüvə silahı işlətməyə hazır olarsa, o, beləliklə Ukraynanın əkshücumlarının müəyyən müddətə dayanmasına ümid edə bilər.
Belə hücumlar nə Ukraynanı fəth etməyə, nə müharinə düşərgəsində tələb edilən məqsədlərə çatmağa imkan verməyəcək.
Amerika analitikləri öz məlumatını “Putin nüvə elektoratının dəstəyini itirəcəyi halda nə baş verə bilər?” sualı ilə yekunlaşdırır.


