Putin rusiyalılara getdikcə daha baha başa gəlir, onun təminat  xərcləri xeyli artacaq

“Milyonlarla rusiyalı yoxsulluq şəraitində yaşamalı olduğu halda, Kreml öz təminatını artırmaq qərarına gəlib…”

 

“Qarşıdakı üç ildə diktator Putinin mövcudluğuna Rusiya büdcəsindən 75 milyard rubl ayrılması planlaşdırılır…”

 

Rusiya prezidenti Vladimir Putininin təminatı yaxın üç ildə rusiyalı vergi ödəyicilərinə təxminən 75 milyard rubla başa gələcək. 

 

Moderator.az xəbər verir ki, bu barədə “The Moscow Times” qəzeti yazıb.

 

Milyonlarla rusiyalı yoxsulluq şəraitində yaşamalı olduğu halda, Kreml özünün təminatını artırmaq qərarına gəlib. 

 

Dövlət başçısının fəaliyyətinə bu qədər vəsait hökumətin 2024-2026-cı illər üçün Dövlət Dumasında baxılması üçün təqdim etdiyi federal büdcə layihəsində nəzərdə tutulub.

 

2026-ci ilədək diktator Putinin mövcudluğuna Rusiya büdcəsindən təxminən 75 milyard rubl (777 milyon dollar), yəni ildə 260 milyon dollar vəsait ayrılması planlaşdırılır.

 

Ötən üçillik büdcə ilə müqayisədə Rusiya Federasiyası prezidentinin təminat xərcləri 20 faiz və ya təxminən 13 milyard rubl artacaq.

 

Bütövlükdə, üç il ərzində Putinin təminatı dövlət xəzinəsinə Rusiyanın orta səviyyəli, məsələn, İvanovo vilayəti (73, 3 milyard rubl) və ya Kurqan vilayəti (76, 6 milyard rubl) regionlarının illik büdcəsilə müqayisə edilə biləcək məbləğdə başa gələcək, qəzet qeyd edir.

 

Putinin təminatına ayrılan xərclər həmçinin Rusiyanın Vladivostok (18 milyard rubl) və Kursk (təxminən 20 milyard rubl) kimi iri şəhərlərinin illik büdcəsindən çox olacaq.

 

Rusiya hakimiyyətinin il ərzində Putinin təminatına ayırdığı xərclər elmi və elmi-texniki layihələrin gerçəkləşməsinə ayrılan vəsaitlərdən 26 faiz, IT-sahənin inkişafına ayrılan vəsaitlərdən 50 faiz, Rusiya təbabətinin ixtisaslı kadrlarla təminatı üzrə xərclərdən 20 faiz çoxdur.

 

Bu zaman prezidentin təminat xərcləri hakimiyyətin digər qolları ilə müqayisədə ən çox olacaq.

 

Belə ki, 2024-cü ildə hökumət aparatının saxlanılmasına ayrılan xərclər 9 faiz artaraq 10, 655 milyard rubl təşkil edəcək.

 

Dövlət Duması və onun 450 deputatı büdcəyə 15, 986 milyard rubla başa gələcək, bu da ötən üç illik büdcədən cəmi 3, 6 faiz artıqdır.

 

Federasiya Şurasının maliyyələşdirilməsinin isə 7, 795 milyard dollar civarında “dondurulması” planlaşdırılır.

 

Qeyd edək ki, Putin bu günlərdə özünün və yaxın silahdaşlarının əmək haqqlarının oktyabrın 1-dən 5, 5 faiz artırılması barədə fərman imzalayıb.

Mənbə

Share: