Putin Tacikistan prezidentinə zəng etdi

Rusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emomali Rahmona zəng edib.

Modern.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər telefon danışığı zamanı ikitərəfli münasibətlər, həmçinin Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin mövzusunu müzakirə ediblər.

 

“Rusiya-Tacikistan dostluq münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələləri, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə keçiriləcək sammitinin mövzuları müzakirə edilib”, – məlumatda deyilir.

Mənbə

Share: