
Rusiya prezidenti Vladimir Putinin ABŞ-a və ya ABŞ lideri Donald Trampın Rusiyaya səfərləri hazırda gündəmdə deyil.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov TASS-a bildirib.
Uşakov belə səfərlərin mümkünlüyü ilə bağlı suala cavab olaraq “Hələ yox” deyib.
İki lider arasında potensial görüşün üçüncü ölkədə baş tuta biləcəyi ilə bağlı suala o, belə cavab verib: “Bu, hələ də bəlli deyil. Bu, tərəflərin nə barədə razılığa gəlməsindən asılı olacaq. Amma hələ ki, heç kim bununla bağlı heç nə müzakirə etmir”.