Bu gün Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdə iqtisadi inkişaf maraqlarına uyğun razılaşmalar əldə olunacağına ümid edirik.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya Ali İqtisadi Şurasının iclasında deyib.
O vurğulayıb ki, iki dövlət arasında ərazi bütövlüyünə dair razılığın olması labüddür, digər məsələlər ikinci dərəcəlidir. Putinin sözlərinə görə, MDB ölkələri Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsində maraqlıdır.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Moskvada bir araya gələcək tərəflər sülh gündəliyini müzakirə edəcəklər.