
“Putinin Ukraynanı fəth etmək və onun xalqını əsarət altına salmaq məqsədi dəyişməz olaraq qalır…”
“Hazırda Ukrayna Silahlı Qüvvələri üçün fəal müdafiə strategiyası aktualdır, bu, 2025-ci ildə daha şanslı əkshücuma hazırlaşmağa imkan verəcək…”
Rusiya artıq bu ilin yayında Ukraynada irimiqyaslı hücum planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna hərbi komandanlığındakı mənbələrə istinadən “Financial Times” nəşri yazıb.
Nəşrin həmsöhbətləri güman edir ki, Rusiya Ukraynanın ilhaq edilməsini hələ 2022-ci ilin sentyabrında anons etdiyi dörd vilayətinin- Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin qalan ərazilərini zəbt etmək istəyir.
Bundan başqa, ukraynalı hərbçilər Rusiyanın Xarkovu və ya hətta Kiyevi zəbt etmək üçün daha bir cəhd edəcəyini istisna etmir.
Nəşr xatırladır ki, Amerika kəşfiyyatının dəyərləndirməsinə görə, Rusiya prezidentinin “ölkəni fəth etmək və onun xalqını əsarət altına almaq” kimi son məqsədi dəyişməz olaraq qalır.
Dekabr ayında üzə çıxan sənəddə deyilir ki, məhz bu səbəbdən Rusiya Ukraynanın şərqində bir neçə istiqamətlərdə, xüsusilə Avdeyevka rayonunda, həmçinin Liman və Kupyansk yaxınlığında irəliləyişə nail olmaq cəhdlərindən əl çəkmir.
Rəsmi şəxslərin sözlərinə görə, Şimali Koreyadan artilleriya mərmiləri və raketlər tədarükü, habelə Çin çiplərinin köməyilə silah və döyüş sursatlarının istehsalı Rusiyanı Baxmutdakı döyüşlərdən sonra daha yaxşı vəziyyətə salıb.
“Aydındır ki, hər iki tərəfə silahlı qüvvələrini hərəkətə gətirmək, təlim keçmək və lazımi səviyyədə saxlamaq çətin olacaq. Onlardan heç biri sayca üstünlük yaradıb bundan istifadə etmək iqtidarında deyil”, – Ukrayna Strateji Tədqiqatlar Milli İnstitutunun elmi əməkdaşı Nikolay Beleskov hesab edir.
Ukrayna siyasəti ilə məşğul olan Qərb məmurlarından birinin fikrincə, “2024-cü ildə hər iki tərəfdən operativ irəliləyiş az ehtimal edilir”.
O, nəşrə bəyan edib ki, hazırda Ukrayna Silahlı Qüvvələri üçün “fəal müdafiə” strategiyası, yəni müdafiə xətlərinin qorunub saxlanılnası, zəif yerlərin axtarılması və uzaq hava zərbələrinin endirilməsi aktualdır.
Bu, Ukraynaya bu ildə “öz qüvvələrini artırmağa” və əkshücumun uğur qazanağına daha çox şansları olan 2025-ci ilə hazırlaşmağa imkan verəcək.
Qəzetin Amerikanın hərbi yardımda fasilələrinin döyüş meydanında vəziyyətə təsir etməyə başlayacağı ilə bağlı sualına cavabında Qərbin daha bir məmuru bəyan edib ki, “ukraynalılar öz mövqelərini qoruyub saxlamaq üçün hər şeyə malikdir”.
Qeyd edək ki, son zamanlar həm Ukrayna, həm də Qərb analitikləri dəfələrlə Rusiya ordusunun tezliklə hücuma keçəcəyini proqnozlaşdırıb. Lakin fəal hərbi əməliyyatların müddətləri daima dəyişir.
Belə ki, ötən ilin sonunda Qərb xüsusi xidmət orqanları Putinin yenidən seçiləcəyindən sonra Rusiyanın mart ayında hücuma keçəcəyini proqnozlaşdırıb. Bu ilin əvvəlində Ukrayna kəşfiyyatı məlumat verib ki, Rusiyanın miqyaslı irəliləyişi yanvarın ortalarına nəzərdə tutulub.
Cəbhədə vəziyyət – son xəbərlər
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, tamiqyaslı müharibə başlanandan Rusiya artıq 375 minədək əsgərini itirib.
“Tavriya” operativ-strateji qoşun qruplaşmasının komandanı, briqasa generalı Aleksandr Tarnavski məlumat verib ki, Rusiya bu istiqamətdə döyüş aviasiyasının fəallığını və hücum əməliyyatlarının sayını artırıb.
Birləşmiş koordinasiya mətbuat mərkəzi məlumat verib ki, işğalçılar Xerson vilayətinin sol sahilində “mənasız hücumlara” keçərək, adamlarını və texnikasını itkilərə məruz qoyur.