Putin və Peskov “yeni reallıqları” qəbul etməlidir

“Ukraynanın Rusiya tərəfindən “həmişəlik oğurlanmış” əraziləri yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

 

“Rusiyanın, xüsusən də Putin və Peskovun “yeni reallıqları” qəbul etməsi vacibdir. Ukraynanın Rusiya tərəfindən “həmişəlik oğurlanmış” əraziləri yoxdur. Sadəcə reputasiyasını itirən “monster-dövlət”, Rusiya hərbçilərinin məğlubiyyəti, dağıdılmış ordu, sanksiyalar və hətta KTMT tərəfindən də edilən aşağılama var”, – deyə müşavir qeyd edib.

 

Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam edir.

Mənbə

Share: