Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski gələn ay İndoneziyanın Bali adasında keçirilən G20 sammitində iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə İndoneziyanın BƏƏ-dəki səfiri Husin Bagis “The National” nəşrinə açıqlamasında bildirib.
Bildirilir ki, hər iki lider bu barədə qərar qəbul edib.
“Hər ikisi iştirak etməyə razılaşdılar”, – o deyib.
Nəşrin məlumatına görə, gərginliyin qarşısını almaq üçün liderlər müxtəlif mehmanxanalarda qalacaqlar.
Putinin sözçüsü Dmitri Peskov Rusiyanın sammitində iştirak edəcəyini bildirib, ancaq hələlik hansı formatda iştirak edəcəyi barədə qərar qəbul edilməyib.