“Putin “Vahid Rusiya”nı müharibə partiyasına çevirmək qərarını verib”

“Putin “Vahid Rusiya”nı müharibə partiyasına çevirmək qərarını verib”

“Kreml ehtimal ki, hərbi seçicilər və onların ailə üzvlərinin dəstəyini qazanmağa və “Vahid Rusiya”nı hərbyönümlü hərəkatın siyasi partiyasına çevirməyə can atır…”

 

 

“İndi “Vahid Rusiya”dan seçkilərə hərbçilər arasından namizədlər göndəriləcək…”

 

 

Kreml Ukraynada müharinə veteranlarından “Vahid Rusiya” partiyasından seçkilərdə namizədlər kimi istifadə etmək və onu müharibə partiyasına çevirmək qərarına gəlib.

 

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) məlumat verib.

 

2023 və 2024-cü illərdə regional seçkilərdə müharibə iştirakçılarının namizədliyinin irəli sürülməsi niyyəti barədə “Vahid Rusiya”nın funksionerlərindən biri olan Aleksandr Sidyakin bəyan edib.

 

ISW qeyd edir ki, hərbi qulluqçuların seçkilərdə namizədlər kimi istifadə edilməsi bu seşkilərin dürüstlüyü və əhəmiyyətindən asılı olmayaraq döyüşən ölkə üçün kifayət qədər tipik hadisədir.

 

Lakin Kreml, görünür, namizəd hərbçilərdən daha böyük miqyasda istifadə etmək qərarına gəlib.

 

“Kreml ehtimal ki, hərbi  seçicilər və onların ailə üzvlərinin dəstəyini qazanmağa və “Vahid Rusiya”nı qəti şəkildə hərbyönümlü hərəkatın siyasi partiyasına çevirməyə can atır”, – analitiklər qeyd edib.

 

ISW bunu Kremlin cəbhədə yeni eskalasiyaya hazırlığının əlaməti hesab etmir, əksinə, bu, hakimiyyətin rusiyalı ultramillətçilərin onların tələblərini birbaşa icra etmədən dəstəyini saxlamaq arzusudur.

 

Rusiyada vəziyyət-son xəbərlər

 

Rusiyada mayın əvvəlində bayram tədbirlərinin ləğv edilməsi dalğası başlayıb. 

 

Əvvəlcə 9 Mayla bağlı hərbi paradların ləğv edilməsi barədə Kursk, Belqorod vilayətləri və işğal edilmiş Krımın hakimiyyət orqanları bəyan edib. 

 

Daha sonra artıq Moskvada 1 May küçə yürüşlərini ləğv etmək qərarı verilib.

 

“Vaqner qrupu” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Rusiyanın müharibədə gələcək məğlubiyyətinə hazırlq üzrə açıq informasiya kampaniyasına başlayıb. Oliqarx bundan öz maraqları üçün istifadə etmək istəyir.

Mənbə

Share: