Putin-Zelenski görüşü ilə bağlı Kremldən açıqlama: Bunun əksi mümkün deyil

Putin-Zelenski görüşü ilə bağlı Kremldən açıqlama: Bunun əksi mümkün deyil

Rusiya və Ukrayna prezidentləri arasında görüşün avqustun sonuna qədər təşkili mümkün deyil.

Milletinsesi.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Zirvə görüşü münaqişənin həlli ilə bağlı yekun nöqtəni qoya bilər və qoymalıdır, ekspert işi zamanı əldə olunan modallıqları və razılaşmaları qeyd etməlidir”, – Kreml sözçüsü bildirib.

O vurğulayıb ki, Moskvanın fikrincə, bunun əksi mümkün deyil.

Peskovun sözlərinə görə, belə çətin yolu “30 günə başa çatdırmaq mümkün olmaz”.

“Memorandum layihəsinə yanaşmalar (Rusiya və Ukrayna tərəfindən təqdim olunur) hazırda diametral şəkildə ziddiyyət təşkil edir və onların bir gecədə bir araya gətirilməsi mümkün deyil”, – Kreml sözçüsü bildirib. O əlavə edib ki, bunun üçün gərgin iş tələb olunacaq və bu iş ekspertlər səviyyəsində aparılacaq.

Tural

Share: