
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməkdə maraqlıdır və bunu yalnız Moskvada deyil, başqa yerdə də etməyə hazırdır.
Milletinsesi.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
“Prezident Zelenski üçün də siyasi baxımdan Prezident Putinlə görüşmək elə də sərfəli olmazdı, həmçinin Rusiyanın vətəndaşları da prezident Putinin Zelenski ilə görüşməsindən məmnun qalmazdılar. Amma hər ikisi anlayır ki, bu addım onlara siyasi zərər vura bilsə də, görüşmək və məsələni müzakirə etmək vacibdir. Çünki əgər onlar danışıqlar aparmasalar, müharibə daha da davam edəcək”, – Fitso qeyd edib.
Bununla yanaşı, Slovakiya baş naziri hesab edir ki, təhlükəsizlik zəmanəti yalnız Ukraynaya deyil, həm də Rusiyaya verilməlidir. Eyni zamanda, o, Ukraynanın NATO-ya üzvlüyü imkanını rədd edib