
“Ukraynalılar mənə deyildiyindən daha sərtdirlər. Hər şey düşündüyümüzdən daha mürəkkəb olacaq…”
“Mən Ukraynanın Qərbin təsir orbitinə keçməsini sakitcə müşahidə edən Rusiya lideri olmayacağam…”
“Mən Zelenski haqqında danışmaq istəmirəm. O, necə yəhudidir ki, nasizmin baş qaldırmasına imkan verir?..”
Ukraynada hərbi kampaniyanın gedişi planlaşdırıldığından xeyli mürəkkəb alınıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin İsrailin o zamankı baş naziri Naftali Bennetə məlumat verib.
Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə istinadən “İsrael xa-yom” nəşrində dərc edilən məqalədə deyilir.
Məqalədə Rusiyanın hərbi və siyasi rəhbərliyinin Ukraynaya qarşı müharibənin ilkin mərhələsində yol verdiyi yanlışlıqlar təhlil edilir.
“Ukraynalılar mənə deyildiyindən daha sərtdirlər. Yəqin ki, hər şey düşündüyümüzdən daha mürəkkəb olacaq, amma müharibə bizim deyil, onların ərazisində gedir. Biz böyük ölkəyik və səbrimiz də çoxdur”, – Putin Bennetlə söhbətində deyib.
O, bəyan edib ki, “Ukraynanın Qərbin təsir orbitinə keçməsini sakit tərzdə müşahidə edən Rusiya lideri olmayacaq”.
Məqalədə həmçinin Putinin Rusiya və Ukrayna liderlərinin mümkün görüşü barədə Bennetin təklifinə cavabı da xatırlanır: “Mənə görə Zelenski ilə müzakirə etməli heç nə yoxdur, mən, ümumiyyətlə, bu adam haqqında danışmaq istəmirəm. O, necə yəhudidir ki, nasizmin baş qaldırmasına imkan verir?” Bu sözlər 2021-ci ilin oktyabr ayında baş tutan görüş zamanı səsləndirilib.
Hər şeydən göründüyü kimi, Putin və Zelenskinin mümkün görüşü mövzusu Rusiya liderinin Benneti öz evinə “bir stəkan viski”yə dəvəti zamanı müzakirə edilib.
“Putinin söhbəti gözlənilmədən şəxsi iqamətgahında, sonradan öz evində davam etdirmək təklifi Rusiya prezidenti tərəfindən xüsusi şəxsi jesti kimi dəyərləndirmək lazımdır.
Xüsusilə nəzərə alsaq ki, İsrailin baş nazirini öz evində viskiyə dəvət edəndən sonra Putin dəqiqləşdirib ki, digər dünya liderləri ilə belə praktikaya yol vermir”, – İsrailin o zamankı tikinti nazuri, uzun illər İsrail nümayəndə heyətinin Rusiyaya mühüm səfərləri zamanı tərcüməçi olmuş Zeev Elkin belə şərh edib.
İsrail KİV-ləri iddia edib ki, hökumət başçısı kimi Rusiyaya ilk səfəri gedişındə Bennet bir neçə dəfə Putinlə telefonla danışmaqdan imtina edib.
Politiloq Mixail Şeytelman Bennetin Putinlə ünsiyyətinin nəticələrini neqativ qiymətləndirib:
“Bennet Kreml lideri üçün dovşana bənzəyib. Bennet Putinin iradəsini icra edib. Bennet həmçinin Rusiya Federasiyasının cinayətlərini açıq şəkildə pisləməkdən imtina edib.
Bennet həm də deyib ki, guya, Putin Lavrovun antisemit sözlərinə görə İsrailə üzrxahlıq edib. Putin belə bir şey deməyib, Peskov bütün bunları təkzib edib.
Bennet əslində Putin və Lavrovu antisemit çirkindən təmizləməyə cəhd edib.
Mənə elə gəlir ki, bu, yəhudi dövlətinin dəyərlərinə qarşı cinayətdir. Bu, məncə, bir çox onilliklər ərzində yəhudi dövlət rəhbərinin ən hiddər doğuran davranışdır”.