
Rusiya Daxili İşlər Nazirliyi (DİN) 2024-cü ilin yayında Qərblə mübadilə çərçivəsində həbsdən azad edilmiş siyasətçi Vladimir Kara-Murzanı axtarışa verib.
Milletinsesi.Az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.
Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin ərazisində saxlanılan və həbsdə olan RF vətəndaşlarının mübadiləsi məqsədi ilə 2024-cü il avqustun 1-də həbsdə olan Rusiya vətəndaşlarının və əcnəbilərin əfv olunması barədə fərmanlar imzalayıb. Onların arasında 25 il müddətinə həbs cəzasına məhkum edilmiş Vladimir Kara-Murza da olub.
İndi isə siyasətçi barəsində yenidən axtarış elan edilib.