
“Rusiya Putinin hakimiyyəti dövründə neft və qaz gəlirlərindən 4-6 trilyon dollar əldə edib…”
“Putinin ətrafı və benefisiarları təxminən 6 min nəfərdir və gəlirlərin 20-30 faizini mənimsəyib…”
Rusiyalı sahibkar, publisist, ictimai-siyasi xadim Mixail Xodorkovdki Putinin ətrafının hər bir rusiyalı ailəsindən nə qədər vəsait oğurladığını hesablayıb.
Moderator.az xəbər verir ki, o, hesablamanı jurnalist Yelizaveta Osetinskaya ilə “You Tube”-da “Rus normaları” proqramının efirində aparıb.
Xodorkovski deyib ki, “Putinin yaxın ətrafı təxminən 100 nəfər, Putin benefisiarlarının bütün əhatəsi təxminən 6 min nəfərdir”.
Putinin hakimiyyəti dönəmində Rusiya neft və qaz gəlirlərindən təxminən 4-6 trilyon dollar əldə edib.
“Bu vəsaitin, görünür, elitanın bu hissəsi 20-30 faiz özünə mənimsəyib.
Yəni biz yerdə qalan 1,5-2 trilyon dollardan danışa bilərik”, – Xodorkovski hesablayıb.
“Bu məbləği şərti olaraq “150 milyon rusiyalılara” bölsək, Putinin ətrafı hər bir rusiyalı ailədən 30 min dollar oğurlayıb”, – o, deyib.