Putinin milyarder “desantı” Kəlbəcərin kəndlərindəki hayklarla görüşdü…-FOTOLAR

Putinin milyarder “desantı” Kəlbəcərin kəndlərindəki hayklarla görüşdü…-FOTOLAR

Azərbaycan Respublikası ərazisində 32-ci ildir ki, qondarılmış separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan növbəti dəfə Kəlbəcər rayonuna  aid kəndlərə səfər edib.

 

Moderator.az xəbər verir ki, bu haqda Xankəndi və İrəvandakı erməni nəşrləri məlumat yayıb.

Putinin milyarder “desant”ı Kəlbəcər rayonunun “Aterk” adlandırılan Həsənriz, “Drmbon” adlandırılan Heyvalı və “Vank” adlandırılan Vənkli kəndlərində qanuni-qanunsuz məskunlaşmış hayklarla görüş keçirib, adı çəkilən, eyni zmanda yaxınlıqdakı digər kəndlərin qanunsuz “icma rəhbərləri” ilə də görüşüb.

Görüşdə üzdəniraq “dövlət naziri”  “Laçın yolunun bağlanması” səbəbindən “yaranmış problemlərdən, onların həlli yollarından” danışıb, erməni kəndlilərin çıxışlarını dinləyib. Guya onlar da bildirib ki, “blokada” “iradələrini sındıra bilməyəcək”… R.Vardanyan da buna “böyük inamını” ifadə edib…

 

Sultan Laçın

 

Mənbə

Share: