“Putinin müsahibəsi Rusiyanın xüsusi əməliyyatıdır”

“Putin hansı millətlərin mövcud olub-olmaması barədə qərar verən “geosiyasi dəlidir…”

 

“Rusiya təbliğatının lənətlədiyi Qərb dünyasına təsir etmək imkanı rusiyalılar üçün kritik vacibdir…”

 

Rusiya diktatoru Vladimir Putinin amerikalı jurnalisti Taker Karlsona müsahibəsi Rusiya xüsusi xidmət orqanlarının xüsusi əməliyyatıdır.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bəyan edib. Məlumatı “nv.ua” nəşri yayıb.

 

“Bu, xüsusi əməliyyat olmaya bilməzdi. Heç şübhəsiz, bu, təsir göstərmək tədbiridir, Rusiyanın xüsusi əməliyyatıdır. Bəli, Rusiyanın xüsusi xidmət orqanlarının xüsusi əməliyyatıdır.

 

Çünki bu müsahibənin məqsədli auditoriyası azad dünya, Qərb dünyasıdır. Bu yalançı narrativlər və təbliğat azad, demokratik dünyanı nəyəsə inandırmalıdır”, – o, vurğulayıb və qeyd edib ki, biz orada yeni heç nə eşitmədik.

 

Yusov deyib ki, Ukraynada hansısa şəhərdə xüsusi adamları “şəhər dəliləri” adlandırırlar. O, Rusiya prezidentini “beynəlxalq hüquq və tarix barəsində hansısa mənasız şeylər danışan, hansı millətlərin mövcud olub-olmamasına  qərar verən, Avstriya Baş Qərargahı haqqında hansısa memlər düşünən “geosiyasi dəli” adlandırıb, bütün bunların, sadəcə, sayaqlama olduğunu deyib”.

 

“Bu informasiya-psixoloji xüsusi əməlyyatdan onlar, belə də, ortabab istifadə edə bilib. Lakin Rusiya və onun xüsusi xidmət orqanlarının Qərb auditoriyasına təsir göstərməyə cəhdi üçün çox böyük vəsaitlər xərcləməsi faktının özü onu göstərir ki, bu auditoriya onlar üçün vacibdir.

 

Onlar anlayır ki, bu, özlərinin təbliğat şoularında nə qədər aşağılasalar da, demokratik dünyaya təsir etmək imkanı onlar üçün kritik vacibdir”, – Yusov deyib. Bu zaman o, vurğulayıb ki, Rusiyanın bu niyyəti baş tutmayıb, çünki aparıcı siyasətçi və ekspertlərin dəyərləndiriımələri artıq bəllidir.

 

Putinin təbliğat xarakterli müsahibəsi

 

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib ki, Rusiya müharibəni başlamayıb, onu bitirmək niyyətindədir.

 

O, bəyan edib ki, 1939-cu ildə Polşa Adolf Hitleri müharibəyə başlamağa “vadar edib”, çünki “polyaklar şitini çıxarıb və Hitleri ikinci dünya savaşına məhz onlardan başlamağa vadar edib.

 

Çünki Polşa yola gəlməyib və “Hitlerin öz planlarını gerçəkləşdirmək üçün məhz Polşadan başlamaqdan savayı çıxış yolu qalmayıb”.

 

Putin həmçinin deyib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin atası guya, cəhbəçi olub və ikinci dünya savaşında döyüşüb, hərçənd, o, 1947-ci ildə doğulub.

Mənbə

Share: