“Şərhlərdə Rusiya prezidentinə qarşı ədəbsiz söyüşlər yazılıb…”
Xəbər verildiyi kimi, erməni separatçılar Xankəndi yaxınlığındakı təpədə Rusiya prezidentinin təsviri olan kətanı açaraq hazırda Ukraynanın işğalını davam etdirən Vladimir Putini doğum günü münasibətilə təbrik ediblər.
Lakin müxtəlif erməni mənbələrində həmin aksiyanın Qarabağdakı yerli ermənilər tərəfindən təşkil olunmadığını bildirərək buna etiraz nümayoş etdirilib.
Moderator.az xəbər verir ki, bu haqda “@reartsakh” teleqrma-kanalı da məlumat yayıb.
“Artsax sakinlərinin böyük əksəriyyəti Putinin portreti olan kətan haqqında mənfi danışıb. Biz bütün neqativ şərhləri sadalamayacağıq (çünki əsasən ədəbsiz sözlərdən istifadə olunur), lakin qəti şəkildə deyə bilərik ki, bu tamaşa Artsax xalqı tərəfindən təşkil olunmayıb. “Vagner” özəl hərbi şirkəti və “Russia Today”-in emblemlərinin kətan üzərində olmasını da nəzərə alsaq, burada nəyinsə düzgün olmadığı aydındır. Üstəlik, Qarabağda baş verən bütün anti-erməni hadisələri göstərdi ki, sakinlərin əhval-ruhiyyəsi dəyişib, 2020-ci illə müqayisədə Rusiyaya, Putinə aksiya təşkilatçılarının təqdim etmək istədiyi dəstək yoxdur”- məlumatda belə deyilir.
Əyanilik üçün bəhs edilən aksiyanın video-görüntülərini nəzərinizə çatdırırıq: