
Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa 1000 ukraynalı hərbi əsirin siyahısı və fotoşəkilləri olan kitabı verib.
Milletinsesi.az Publika.az–a istinadən xəbər verir ki, bu barədə müvafiq kadrları RT agentliyi yayıb.
Ağ Ev rəhbərinə verilən kitabda məhbusların siyahısı və fotoşəkillərinin təkrarlandığı 1000ua.ru saytına gedən QR kodu var.
Siyahı Kiyevin geri almaqdan imtina etdiyi Ukrayna vətəndaşlarının müraciəti ilə müşayiət olunur. İddia edilir ki, mətn Ukrayna lideri Vladimir Zelenskiyə əsir götürülənlərin hamısını geri almasını xahiş edən müraciətdir.
Qeyd edək ki, daha əvvəl Tramp Putinin ona 1000 ukraynalı hərbi əsirin siyahısını verdiyini bildirib. Amerika liderinin sözlərinə görə, Putin deyib ki, Kiyev “onları qəbul etməyə razı olmalıdır”.
Akqabay



