Putinin xəstəliyi ilə bağlı xəbərlər etibarlı deyil

Putinin xəstəliyi ilə bağlı xəbərlər etibarlı deyil

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Sallivan president Vladimir Putinin xəstəliyi ilə bağlı xəbərləri etibarlı məlumat hesab etmədiyini deyib.

Modern.az xəbər verir ki, sabiq səfir bu haqda “The Foreign Policy” nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, liderlərin səhhətinin qiymətləndirilməsindəki səhvlər Amerika kəşfiyyatı üçün qeyri-adi deyil.

Sallivan bildirib ki, 2021-ci ildə Rusiya prezidenti ilə şəxsi görüşləri zamanı onun səhhətində heç bir problem hiss etməyib.

“Hər dəfə onu görəndə fikirləşirdim ki, 70 yaşına çatmaq üzrə olan 69 yaşlı insan üçün o, çox gözəl görünür. Onun aydın gözləri var idi. Yanında olan insanlarla müqayisədə o, əla görünürdü”, – deyə Sallivan bildirib.

Sallivanın sözlərinə görə, 2022-ci ildə onun artıq Putini yaxından görmək imkanı yox idi. Lakin o, prezidentin xarici görünüşündəki bütün dəyişiklikləri səhhətindəki problemlərlə deyil, stressin nəticələri ilə əlaqələndirir.

“İnanıram ki, o, çox stress keçirir, bu, təəccüblü deyil. Onun səhhətində ciddi problemlər olduğuna inanmaq üçün heç bir əsasım yoxdur”, – diplomat deyib.

Sallivan qeyd edib ki, Amerika kəşfiyyat xidmətləri dünya liderlərinin səhhəti ilə bağlı dəfələrlə səhv diaqnoz qoyublar.

“2006-cı ilin avqustunda kəşfiyyat Kuba lideri Fidel Kastronun üç ay ömrünün qaldığını bildirəndə mən Buş administrasiyası ilə məşğul idim. Analoji səhv İranda Ayətullah Xomeyni ilə bağlı da edilib”.

Mənbə

Share: