
Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəlmişik.
Millətin Səsi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsində bildirib.
Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı ilə bağlı suala cavabında Tramp bildirib ki, bu, onların müzakirə etdiyi məqamlardır:
“Bunlar, əslində, əsas olaraq razılaşdığımız məqamlardır”.