Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyunun 6-da keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb”, – D.Peskov deyib.
Qeyd edək ki, bundan öncə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan tərəflərin Qarabağ məsələsinə də toxunduğu haqqında məlumat yaymışdı.