Putinsiz daha yaxşı olacaq – Zaxarova: “Bu, qəbuledilməzdir!”

Putinsiz daha yaxşı olacaq – Zaxarova: “Bu, qəbuledilməzdir!”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Almaniya müdafiə nazirinin Rusiya prezidenti Vladimir Putin haqqında fikirlərinə münasibət bildirib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Zaxarova bunu qəbuledilməz adlandırıb.

 

“Almaniyanın müdafiə naziri Boris Pistoriusun Rusiya prezidenti Vladimir Putin olmadan dünyanın daha yaxşı yer olacağı ilə bağlı bəyanatı qətiyyən qəbuledilməzdir”, – deyə Zaxarova bildirib.

 

Qeyd edək ki, B.Pistorius bir neçə gün öncə Ukraynada sülh perspektivlərini qiymətləndirərkən bunun Putinsiz daha yaxşı olacağını bəyan etmişdi.

Bu xəbər ilə bağlı

Putinsiz sülh daha yaxşı olardı – Almaniyalı nazir


Xəbəri oxu

Mənbə

Share: