
Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya ilə sülh perspektivlərini qiymətləndirib.
Modern.az xəbər verir ki, nazir bu barədə “Bild” nəşrinə müsahibəsi zamanı danışıb.
“Putinsiz sülh şübhəsiz ki, daha yaxşı olardı. Kompromissiz”, – deyə o bildirib.
Jurnalistin nüvə təhdidi barədə sualına isə Pistorius belə cavab verib: “Rusiya propoqandaçılarının nüvə təhdidləri məni qətiyyən təlaşlandırmır”.