“Putun məndən Rusiyanın nə zaman NATO-ya dəvət ediləcəyini soruşurdu”

“Putun məndən Rusiyanın nə zaman NATO-ya dəvət ediləcəyini soruşurdu”

 

“NATO-nun sabiq baş katibi düşünür ki, Putin o zaman blef etməyib və Qərb ölkələrini aldatmağa cəhd etməyib…”

 

“General Qərbdə dəyərlər böhranı və liderliyin heyrət doğuracaq vakuumu ilə bağlı xəbərdarlıq edib…”

 

Əgər Ukrayna məğlub olarsa, dünya düzənini ABŞ-ın düşmənləri müəyyən edəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə NATO-nun sabiq baş katibi lord Corc Robertson “The Telegraph” nəşrinə müsahibəsində bəyan edib.

 

O, düşmənlər sırasında çinlilər, rusiyalılar, iranlılar və şimalikoreyalıları qeyd edib. “Bu, dünyanı mənim nəvələrim üçün çox-çox rahatsız edəcək”, – o, deyib.

 

“Əgər ukraynalılar məğlub  olarsa, əgər Putin qalib gələrsə, biz hamımız məğlub olacağıq, – o, deyib. Bu zaman NATO-nun sabiq baş katibi Qərbdə dəyərlər böhranı və “liderliyin heyrət doğuracaq vakuumu” ilə bağlı xəbərdarlıq edib.

 

Nəşr qeyd edib ki, Robertson “Qərbin ötkəm ritorikası ilə qətiyyətsiz davranışı arasında Kremlin bunu ciddi qəbul etməsi üçün hələ də həddən artıq uçurum olduğundan” ehtiyat edir. 

 

Bu zaman Britaniya baş nazirinin Ukraynaya dəstək göstərilməsi barədə çıxışını Robertson yetərli olmadığını hesab edir, çünki Ukraynaya çoxillik öhdəliklər verilməsi barədə elan edilməyib.

 

“Bu gün Ukraynaya ödədiklərimiz tezliklə tükənəcək. Baş nazir oraya gedir, bütün lazım olanları səsləndirir, mükafat alır və növbəti ilə 2, 5 milyard funt sterlinq ayıracağını elan edir.  

 

Lakin bizə bunları demək gərəkdir: “Biz hər il sizə 2, 5 milyard funt sterlinq verəcəyik. Bu, Kremlin eşidəcəyi yeganə nəsnədir”, – general vurğulayıb.

 

Bundan başqa, Robertson ABŞ prezidenti Co Baydeni Ukraynaya dəstəklə bağlı problemlərə görə tənqid edib.

 

Robertson həmçinin deyib ki, Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşündə o, Rusiyanın NATO-ya birləşəcəyi barədə soruşub. O, əlavə edib ki, Putinin o zaman blef etməsini və Qərbi aldatmaq istədiyini düşünmür.

 

“Düşünmürən ki, o, yalan danışıb. O, dəyişib. Onun daxilində Sovet İttifaqına hörmət, ondan heyrətlənmək ideyası baş qaldırıb”, – NATO-nun sabiq rəhbəri belə düşünür.

 

Robertsonun fikrincə, Ukrayna üzərində qələbə qazanacağı təqdirdə “Putin Moldovanı, Ermənistanı və Qazaxıstanı təmizləyərək orada bufer yaradacaq”.

 

Corc Robertson kimdir?

 

Lord Robertson 1999-2003-cü illərdə NATO-nun baş katibi olub. O, 1999-cu ildə Alyans qüvvələrinin Kosovoya hərbi müdaxiləsinə başçılıq edib.

 

Elə o zaman Şərqi Avropa ölkələrini Alyansa daxil olmağa dəvət edib və tarixdə ilk dəfə olaraq 11 sentyabr 2001-ci ildən sonra NATO Nizamnaməsinin 5-ci maddəsini tətbiq edib.

Mənbə

Share: