“Pyutofka” satanların bazarı darmadağın olub

“Pyutofka” satanların bazarı darmadağın olub

Dünən “Mətbuat Günü” idi. 200-dən çox qələm əhli ölkə Prezidenti tərəfindən təltif edildi. 150 il bundan əvvəl “Əkinçi” ilə başlayan Azərbaycan mətbuatı indi ən yüksək inkişaf dövrünü yaşayır. Əsr yarım dövr keçsə də, əsas təməl və prinsiplər dəyişməməlidir; tərəfsiz, dəqiq və vicdanlı.. Nə yazıq ki, müasir dövr üçün deyilənlər çox vaxt təsdiqini tapmır.

Cəmiyyət üçün faydalı işi olan kimsə haqqında yazanda deyirlər “ya onun adamısan”, “ya da nəsə almısan”.
Tənqid yazanda isə deyirlər “nəsə istəyirsən”.(yazını bu linkdə  oxuya bilərsiz)

 

 

Aprel ayında “Şıx sanatoriyasına” göndəriş vəsiqəsi aldım. Müalicənin ilk mərhələsindən sona qədər olan prosesi izlədim. İlk dəfə şəffaf və yüksək xidmətin şahidi oldum və bunları yazdım. Oxuyanların bəziləri deyir ki, nə əcəb oranı tərifləmisən? Yəqin “pyutofkan” pulsuz olub..

Biz qanun qaydalara öyrəşməmişik. Hər zaman daha çoxunu istəyirik. Alınmayanda “topa” tuturuq.

Hər il iki dəfə “pyutofka” alırdım; Bir dəfə tək özüm üçün onurğa xəstəliklərin müalicəsi görə, ikinci dəfə isə ailəvi istirahət üçün.. Hər ikisini də dəyərindən iki dəfə baha.. Yəni “Pyutofkanın”15 faizini yox, 30 faizini. Bəzən də 50 faizi ödəyirdim. Əsasən, yay vaxtlarında çox baha alırdım. Yəni puluna minnət.

Bu il bir dəfə onlayn qaydada “pyutofka”nın 15 fazini ödədim. Birini aldım. İkincini də almaq istəyəndə sistem qəbul etmədi. Ala bilmədim. İndi oranı tənqid etməliyəm?

Qaydalara görə, bir vətəndaş ildə bir dəfə ezamiyyat vərəqəsi ala bilərmiş. Əvvəl də belə olub. Amma “pyutofka” satanlar başqalarının da haqqını satırmış. Yəni “Həmkarlar İttifaqının kuratorları baş idarədən bölünən pyutofkaları götürüb birinci çalışdığı idarənin rəhbər şəxslərinin yaxınlarını təmin edirdilər. Sonra qalanlarını kim çox pul versəydi ona satırdılar. Bəzən də qanuni haqqı olanlara verirdilər.  İndi belə halların qarşısı alınıb. Kim olursan ol, “pyutofkanı” avtomatlaşdırılmış üsulla; “kuar kodla”  almalısan. Qurumun əməkdaşları ilə vətəndaş əlaqəsi kəsilib. Rüşvət və satış birmənalı olaraq ləğv edilib. Gözəl deyilmi? “Pyutofka” satanların bazarı darmadağın olub.  Pulsuzun haqqı pulluya satılmır. Hətta bildiyimə görə AHİK-də işləyənlərin bəzilərinin “cak-cuku” kəsildiyi üçün işdən ayrılıblar.

Yeni rəhbərliyin qurduğu sistem cəmiyyət üçün tam məqbuldur. ASAN xidmətin yaratdığ mənzələri əks etdirir. Hər il bütün qohum-əqrabaları üçün üçün əyri yollarla istirahət məkanlarına pyutofka alanların təxribat xarakterli şikayətləri başadüşüləndir. Şəffaflığa öyrəşin ,cənablar!

Talıb Əhədov

Share: