Qədim təhlükəli infeksiyanın sirri açıldı

Otaqo Universitetinin alimləri “Treponema pallidum” bakteriyasının səbəb olduğu frambeziya adlanan təhlükəli yoluxucu xəstəliyin yayılma sirrini aşkar ediblər.

Bu barədə “Bioarcheology International” jurnalında məlumat verilir.

Tədqiqatçılar Vyetnamın Ninbin əyalətində Man Bakvo arxeoloji sahəsində qazıntılar zamanı tapılan qədim insan qalıqlarını təhlil ediblər. Dörd min illik yaşı olan skeletlərdə qalıcı sümük zədələnməsinə səbəb olan xəstəliyin əlamətlərini tapıblar. İndiyə qədər qədim Asiyada frambeziya xəstəliyinə dair sübutlar olmayıb.

Alimlər hesab edirlər ki, xəstəlik kənd təsərrüfatının inkişafı ilə yayılıb. Müasir Çin ərazisində yaşayan fermerlər cənuba doğru hərəkət ediblər və nəticədə xəstəlik Afrikadan Asiyaya köçən və sonradan Yeni Qvineya, Solomon Adaları və Avstraliyada məskunlaşan qəbilələrə ötürülüb.

Əsasən uşaqlara təsir edən xəstəlik təmasla keçir və dəridə güclü zədələnmə yaradır.

Frambeziya dünyanın əksər hissəsində zərərsizləşdirilsə də, Sakit okeanın qərbində təxminən 30 000 insan bu xəstəlikdən ziyan çəkir./oxu.az

Share: