Qənirə Paşayeva gerçək mücadiləçi xanıməfəndidir

Qənirə Paşayeva gerçək mücadiləçi xanıməfəndidir

İraq parlamentinin deputatı, İraq Türkman Cəbhəsinin keçmiş sədri Erşat Salihi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya şəfa diləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Salihi X-də paylaşım edib.

 

“Çox dəyərli Qənirə Paşayeva xanıməfəndinin reanimasiyaya yerləşdirildiyini öyrəndik. Türkmənelinə gəlib bizlərlə görüşən, Türkməneli üçün maaşını bağışlayan gerçək bir mücadiləçi xanıməfəndidir. Ona uca yaradandan şəfalar diləyirik”, – o qeyd edib.

 

Xatırladaq ki, Q.Paşayeva dünən komaya düşərək xəstəxanaya yerləşdirilib.

Bu xəbər ilə bağlı

Erşat Salihidən Azərbaycana DƏSTƏK – Rəsulzadənin də dediyi kimi…


Xəbəri oxu

Mənbə

Share: