
Qərb ölkələrinin rəsmiləri “Crocus City Hall”da baş verən hadisələrlə əlaqədar iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı terror hücumlarının baş verəcəyindən ehtiyat edirlər.
Bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
BMT-nin keçmiş rəsmisi, qeyri-hökumət Ekstremizmlə Mübarizə Layihəsinin (Counter Extremism Project) hazırkı müşaviri Edmund Fitton-Braun Paris Olimpiadasının terrorçular üçün əla hədəf olacağını söyləyib.Bu fikri terror təhlükələri ilə məşğul olan digər amerikalı və avropalı ekspertlər də bölüşürlər.
NYT Qərb ölkələrindən birinin adının açıqlanmasını istəməyən kəşfiyyatçısının sözlərinə əsasən, yeni terror aktına səbəb ola biləcək əsas amilləri də göstərib: İŞİD-in Avropada “yatan” hücrələrinin mövcudluğu, Qəzza zolağında davam edən münaqişə və döyüşçülərə rusdilli vətəndaşlardan dəstək verilməsi.