Qərb Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb olunur

Qərb Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb olunur

“Kiyevə yeni silahların, o cümlədən qırıcı təyyarələrin çatdırılması cəbhədəki vəziyyəti kökündən dəyişməyə qadir deyil”.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

“Kollektiv Qərb ölkələri Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb olunur. Putin mayın 23-də Moskvada Serb Respublikası prezidenti ilə görüşəcək. Kreml Rusiya Federasiyasında casusluq ittihamı ilə həbs edilən ABŞ-ın “The Wall Street Journal” nəşrinin müxbiri Evan Qerşkoviçə konsulluq girişinin təmin edilməsi məsələsi ilə məşğul olmur”, – o əlavə edib.

Mənbə

Share: