“Qərbi Azərbaycana qayıdış dünya azərbaycanlılarından birgə səy və fəaliyyət tələb edir”

“Qərbi Azərbaycana qayıdış dünya azərbaycanlılarından birgə səy və fəaliyyət tələb edir”

Nəsib Məhəməliyev: “Ermənistan anlamalıdır ki, məğlub dövlət, məğlub xalq qalib tərəfə diktə edə bilməz”

 

“Prezident İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşündəki çıxışı, mübaliğəsiz tarixi çıxış olaraq qiymətləndirilməlidir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsi bri daha göstərdi ki, Müzəffər Ali Baş Komandan milyonlarla insnaın arzusunu reallığa çevirmək iqtidarındadır:

 

“Ölkə Başçısının səsləndirdiyi fikirlər, icmanın gələcək fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqları ilk baxışdan əlçatmaz arzu kimi görünə bilər. Ona görə də, etiraf etməliyik ki, cəmi iyirmi altı ay bundan əvvəl 44 gün ərzində Qarabağın, ətraf rayonların, Hadrutun, ən əsası isə, qədim Şuşanın azad ediləcəyini təsəvvür etmirdik.

 

Müharibədən sonra Ordumuzun apardığı əməliyyatlar, ələ keçirilmiş strateji yüksəkliklər və s. bir daha göstərdi ki, Ali Baş Komandan səsləndirdiyi fikirlərin arxasındadır. Milyonlarla insanın arzusunu reallığa çevirmək iqtidarındadır”.  

 

Millət vəkili qeyd edib ki, Qərbi Azərbaycana qayıdışı təmin etmək üçün dünyadakı bütün azərbaycanlıların ciddi həmrəylik sərgiləməsinə, vahid amal uğrudna səylə çalışmasına ehtiyac var:

 

“Tarix üçün 50-100 il böyük müddət deyil. Ən vacib olanı strategiyanı düzgün müəyyənləşdirmək və məqsədə doğru addım-addım irəliləməkdir. Cənab Prezident, dövlət tərəfindən lazım olan addımların atılacağını, indiki Ermənistanın yerləşdiyi ərazinin bizə məxsus olması ilə bağlı bütün sənədlərin, xəritələrin mövcudluğu, 1918-ci ildə ermənilərə verilməsi, müxtəlif illərdə soydaşlarımızın deportasiyaya məruz qaldıqlarını vurğuladı. İcmanın qarşısında duran vəzifələrin izahını verdi. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün, dünya azərbaycanlılarının həmrəyliyi, bu amal uğrunda bir araya gəlməsi, Prezidentin səsləndirdiyi tarixi faktların müxtəlif ölkələrin ictimaiyyəti arasında təbliğ olunmasının əhəmiyyəti böyükdür. Beynəlxalq birlik bilməlidir ki, ermənilərin Qafqaza heç bir aidiyyəti yoxdur. Onlar bura gəlmə millətdir. İrəvan xanlığının, İrəvan şəhərinin əsası azərbaycanlılar tərəfindən qoyulmuşdur. Tarixi ədalətsizlik nəticəsində ermənilərin İrəvan xanlığının ərazisinə köçürülməsi fikri, zamanla dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, insanların beynində həkk olunmalıdır”.

 

Nəsib Məhəməliyev bildirib ki, Ermənistan bugünə qədər olanlardan dərs çıxarmalı, Azərbaycanın şərtləri ilə razılaşmalıdır:

 

“Ermənistan, dünya erməniliyi anlamalıdır ki, məğlub dövlət, məğlub xalq qalib tərəfə diktə edə bilməz. Yalan təbliğatla, tarixi faktları saxtalaşdırmaqla, müsbət nəticə almaq mümkün deyil və qonşularla əbədi düşmənçiliyin sonu yoxdur. Azərbaycanın irəli sürdüyü şərtlər daxilində Sülh müqaviləsinin imzalanmasının alternativi yoxdur. Əks halda, hücum diplomatiyasını daha kəskin hiss edəcəklər”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: