“Qərbi Azərbaycana qayıdış xalqımızın tarixi-mənəvi haqqıdır”

Məşhur Məmmədov: “Heç kim bu haqqı əlimizdən ala bilməz”

 

“Qərbi Azərbaycana qayıdış xalqımızın tarixi-mənəvi haqqıdır və heç kim bu haqqı əlimizdən ala bilməz”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Qərbi Azərbaycan xalqımızın tarixi torpaqlarıdır və insanlarımz əsrlər boyu bu torpaqlarda zəngin tarixi-mədəni irs yaradıb:

 

“Qərbi Azərbaycan tarixi torpaqlarımızdır və bizim o torpaqlara qayıdışımız mütləqdir. Dövlət başçısının da qeyd etdiyi kimi, xalqımız uzun əsrlər ərzində bu torpaqlarda zəngin tarixi-mədəni irs yaradıb. İnsanlarımız tərəfindən bu torpaqlarda əzəmətli qalalar, böyük saraylar, tarixi abidələr, məscidlər və s. inşa olunub. Xalqımız minilliklər boyu bu torpaqlarda yaşayıb-yaradıb. Məhz erməni faşizminin məqsədli siyasəti nəticəsində xalqımız bu torpaqlardan deportasiya olunmaqla yanaşı, onun yaradığı böyük irs də məhv edilib, amansızcasına dağıdılıb. Ancaq biz o torpaqlara qayıdaraq tarixi-mədəni irsimizi bərpa edəcək, əsrlərin yadigarı olan bu irsə sahib çıxacağıq. Biz bunu sülh yolu ilə həyata keçirəcək, məhv edilən tarixi irsimizə yenidən həyat verəcəyik. Buna kimsənin şübhəsi olmasın!”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: