PSJ-nin hücumçusu Kilian Mbappe mövsümun sonu komandadan getməyəcək.
Qol.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, bu haqda klubun sahibi, Qətər əmiri Tamim bin Hamad Əl-Tani qərar verib. O, futbolçunun başqa bir kluba keçidinə qadağa qoyub. “İstər qar olsun, istər çovğun, Mbappe qalacaq. Bu qərarı əmir verib” – deyə mənbə bildirib.
Daha öncə yayılan xəbərə görə, fransalı futbolçunu “Real” transfer etmək istəyir. Amma mənbə qeyd edib ki, Madrid klubunun təklifinə baxılmayacaq.
Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.