Qətər Ukraynaya 100 milyon dollar humanitar yardım ayırdı

 

Qətər Ukraynaya 100 milyon dollar humanitar yardım ayırıb.

Millətin Səsi.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

Qeyd olunub ki, ayrılan vəsait tibb, təhsil, minaların təmizlənməsi və digər humanitar layihələrə yönəldiləcək.

Qeyd edək ki, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani Ukraynada səfərdədir. O, həmkarı D.Şmıqalla görüşüb.

Mənbə

Share: