Qətərdə Maradonanın xatirəsi yad edilib

Qətərdə Maradonanın xatirəsi yad edilib

Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın xatirəsi yad edilib.

 

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, veteran hücumçunun ölümünün 2-ci ildönümü ilə bağlı keçirilən tədbirdə FIFA prezidenti Canni İnfantino da iştirak edib.

 

Funksioner bildirib ki, Maradona ölməzdir və hələ heç kim insanlara idman sevgisini aşılamaq üçün onun qədər iş görməyib: “Dieqo hələ də bizimlədir”.

 

Mərasimə Argentina yığmasının üzvləri, təşkilat komitəsinin rəsmiləri və digər qonaqlar da qatılıb.

 

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də vəfat edib. 1986-cı il dünya çempionatının qalibi olmuş mərhum hücumçu XX əsrin ən yaxşı futbolçularından biri hesab edilir.

Mənbə

Share: