“Qətəri işğal edək” TƏKLİFİNƏ Trampın CAVABI – İllər sonra açıqlandı

ABŞ-ın “Foreign Policy” nəşri Səudiyyə Ərəbistanı ilə gərginlik yaşayan Qətərlə bağlı sensasiyalı məqalə yayımlayıb.

Milletinsesi.az Publika.az-a istinadən xəbər verir ki, qəzet Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin ABŞ Prezidenti Donald Trampla 2017-ci ilin sentyabrın 6-da keçirdiyi görüşün təfərrüatlarını açıqlayıb.

Nəşrin yazdığına görə, kral Trampa Qətəri işğal etmək təklifini verib. ABŞ Prezidenti isə təklifi rədd edib.

Məqalədə qeyd olunur ki, Vaşinqton rəhbərliyi Küveytdən bölgədəki problemlərin həlli üçün vasitəçi olmasını istəyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi 2017-ci ildən etibarən Qətərə embarqo tətbiq edir.

Qətərə ən böyük dəstəyi isə Türkiyə göstərir.

Share: